Albaniyanın keçmiş prezidenti saxlanılıb - KİV
Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.Bu barədə "Koha” nəşri məlumat yayıb.
O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub.
www.anews.az
"SPAK İlir Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar”ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur”, – deyə məlumatda qeyd edilib.
Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər