• $
  • £

Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib

Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib
23.10.2024 16:39
Geniş xidmət şəbəkəsi və müştərilərinə təqdim etdiyi müasir həllərlə ölkənin maliyyə sektorunda əhəmiyyətli rol oynayan Kapital Bank, həmçinin gənc kadrların inkişafına və cəmiyyətin rifahına yönəlik müxtəlif layihələr həyata keçirir. Xüsusən təhsilə dəstək istiqamətində bir çox layihələrlə gündəmə gələn bank, tələbələrin peşəkar kadr kimi inkişaf etdirilməsi mövzusunda ölkənin bir çox ali məktəbi ilə əməkdaşlıq edir. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank” otaqları fəaliyyət göstərir. Bu otaqlarda tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı vaxtaşırı bankın peşəkar mütəxəssisləri tərəfindən təlimlərə cəlb olunurlar. Bu istiqmaətdə növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub. 

Belə ki, ötən gün Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə tələbələr üçün "Emosional zəka” və "Karyeraya doğru yol” adlı interaktiv təlim və vörkşop keçirilib. Tələbələrlə öz təcrübələrini Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova və İşçi bağlılığı və motivasiya şöbəsinin Baş mütəxəssisi Nərmin Əhmədzadə bölüşüb. 

Təlimlər düzgün karyera planlamasının aparılması, işə qəbul prossesinin ardıcılıqları, müsahibə zamanı diqqət olunmalı məqmalar, emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda verilib. Eyni zamanda təlimçilər tərəfindən interaktiv vörkşop və komanda oyunları keçirilib. 

"Auditoriyada məzun var” layihəsi çərçivəsində isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş Nərgiz Əzimova öz karyera yolunu tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.  

Sonda layihədə aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol