• $
  • £

Almaniya Livana yardım üçün 60 milyon avro ayıracaq

Almaniya Livana yardım üçün 60 milyon avro ayıracaq
23.10.2024 21:24
Almaniya kansleri Olaf Şolts Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı keçirib və Almaniya hökumətinin Livan xalqına yardım üçün əlavə 60 milyon avro ayıracağını açıqlayıb.Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

"Almaniya kansleri Livan vətəndaşlarının yaşadıqları acılı günlərlə əlaqədar başsağlığı verib. Almaniya hökuməti Livan xalqına yardım üçün 60 milyon avro məbləğində əlavə vəsait ayırır”, - Hebeştrayt deyib.

Onun sözlərinə görə, Şolts Almaniyanın oktyabrın 24-də Parisdə keçiriləcək və Almaniya hökumətinin yüksək səviyyədə təmsil olunacağı Livan üzrə konfransa dəstəyini vurğulayıb.

"İndi siyasi prosesə başlamaq üçün yol tapılması son dərəcə vacibdir. Məqsəd İsrail xalqının təhlükəsizliyi və Livanın suverenliyi olmalıdır. Bunun üçün ilk addım BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi olmalıdır”, - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi fikrini yekunlaşdırıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol