• $
  • £

Almaniyada 4 minə yaxın miqrant ölkəyə buraxılmayıb

Almaniyada 4 minə yaxın miqrant ölkəyə buraxılmayıb
25.10.2024 16:47
Almaniya polisi sentyabrda ölkənin quru sərhədlərinə müvəqqəti nəzarət tədbirləri tətbiq etdikdən sonra ilk həftələrdə ölkə sərhədini qanunsuz keçməyə 3700-dən çox cəhd qeydə alıb.Bu barədə "Spiegel” nəşri hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

"Almaniya sərhədlərində nəzarət tədbirlərinin tətbiqindən sonra ilk 23 gün ərzində federal polis 3778 icazəsiz giriş cəhdini qeydə alıb”, - nəşr yazır.

"Spiegel”in məlumatına görə, sentyabrın 16-dan oktyabrın 8-dək 2462 nəfərin Almaniyaya girişinə icazə verilməyib, daha 100 nəfər isə daha əvvəl ölkədən deportasiya edildiyi üçün ölkəyə buraxılmayıb.

Polis həmçinin sərhədi keçməyə çalışan təxminən 600 nəfəri həbs edib, onlardan təxminən 60-ı sağçı, islamçı və ya solçu ekstremist kimi axtarışda olub.

Sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fesser miqrant axınını azaltmaq və terror təhlükəsi ilə mübarizə çərçivəsində Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət tədbirlərinin tətbiqinə göstəriş verib. Avropa Komissiyasına izahat məktubunda Feser bildirib ki, miqrantları qəbul etmək üçün ölkənin və onun federal ərazilərinin resursları "praktiki olaraq tükənib”.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol