• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

"Khazar Island" mənzillərinin qiyməti açıqlandı

"Khazar Island" mənzillərinin qiyməti açıqlandı
30.01.2014 11:37
Azərbaycanda «Khazar Island» meqa-layihəsini həyata keçirən «Avesta» Konserni layihə çərçivəsində satılacaq mənzillərin rəsmi qiymətini açıqlayıb.«Avesta» Konsernindən «APA-Economics»ə verilən məlumata görə, Konsernin prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4 000 manatdan satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz kreditlə də əldə edə bilər. İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin faiz şərtləri də dəyişəcək: «Alıcı ilkin ödənişi çox etdiyi halda, illik ipoteka faizi də xeyli aşağı düşəcək». İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək. Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
İqtisadiyyat 15:40
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:26
Azərbaycan nefti bahalaşıb

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol