• $
  • £

Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq

Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq
07.11.2024 15:10
Ölkənin birinci bankı Kapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb. 

Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişaf etdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib. "Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirmək məqsədi daşıyır”.

Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib. "Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarının təbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir”. 

Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol