• $
  • £

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı  hesabat yaydı
07.11.2024 17:42
ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha bir maraqlı hesabat yayıb. Hesabat "İqlim dəyişikliyinin təsirləri və nəticələri” adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib. 

İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycanda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, buna rəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub. 

Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir. 

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol