• $
  • £

ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı!

ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı!
14.11.2024 13:26
14 noyabr 2024-cü il tarixində - COP29-un "Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında saziş imzalanıb. ABB-nin COP29-dakı pavilyonunda keçirilən imzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan AYİB prezidenti, xanım Odile Renaud-Basso imza atıb.

50 milyon dollarlıq saziş ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır. Belə bir razılaşma sənədi uzunmüddətli fasilədən sonra AYİB-in Azərbaycanın maliyyə bazarlarına kifayət qədər iri məbləğdə investisiya ilə yenidən qayıdışıdır. Bu da, sektora etimadın artmasından, Azərbaycanın bank sektorunda korporativ idarəetmənin inkişafından, eləcə də ABB ilə tərəfdaşlıq perspektivlərinə yüksək inamdan irəli gəlir.

AYİB-lə ticarətin maliyyələşdirilməsi üzrə belə bir tərəfdaşlıq ABB-nin real sektoru maliyyələşdirmək imkanlarını artıracaq. Bankın beynəlxalq əməliyyatlarını dəstəkləyəcək. İdxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək. Xüsusilə kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu sazişin ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına, dolayısı ilə insanlarımızın rifahına əhəmiyyətli töhfə olduğunu bildirib: "ABB olaraq ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutmaqla bu maliyyə resurslarından daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsində istifadə etməyə çalışacağıq. Saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək”.

AYİB-in prezidenti xanım Odile Renaud-Basso bildirib: "Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol