• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb
19.11.2024 11:08
Bank Respublika yaşıl kredit götürən sahibkarlara keşbek verəcək!

Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar.

Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.

Saziş çərçivəsində, Bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.

"Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidir” deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib.

 "Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk” deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.

"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik." – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Cəmiyyət 13:44
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Cəmiyyət 13:39
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Abşeronda 33 məktəb direktoru nöqsanlara görə işindən azad olunub
Cəmiyyət 12:47
Abşeronda 33 məktəb direktoru nöqsanlara görə işindən azad olunub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:25
Sabahın havası açıqlanıb
Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov
Cəmiyyət 12:12
Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol