• $
  • €
  • ₽
  • ₺
  • £

“Bayraktar TB3”dən dünya aviasiya tarixində bir ilk - Video

“Bayraktar TB3”dən dünya aviasiya tarixində bir ilk - Video
19.11.2024 21:18
Türkiyənin "Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan "Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı Türkiyənin milli istehsalı olan "TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub.Bu barədə "Anadolu” agentliyi xəbər verib.
 
Bununla da "Bayraktar TB3” dünya aviasiya tarixində PUA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.

"Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli PUA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

"Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən "Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib "ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:30
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Cəmiyyət 13:06
Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:31
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 12:19
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb - FAKTİKİ HAVA
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
Cəmiyyət 11:55
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb
Cəmiyyət 10:27
Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb
Magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 21:52
Magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Cəmiyyət 20:01
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 19:29
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol