• $
  • £

Almaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir - Prezidentin köməkçisi

Almaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir - Prezidentin köməkçisi
24.11.2024 10:56
COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində "Bakı sıçrayışı” kimi öz damğasını vurub.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

"Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.
Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.
O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.
Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 12:07
Prezident sərəncam imzalayıb
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol