Axtarışda olan 2 nəfər Azərbaycana ekstradisiya edilib
Baş Prokuroruluğun vəsatəti əsasında Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
17:54
Qocalar evində yaşayan şəxsin mədəsində qanaxma var, agentlik müalicəsinin tibb müəssisəsində davamını zəruri sayır
Cəmiyyət
15:52
2025-ci ildə korrupsiya barədə müraciətlərin 8,9 faizi işçilərdən daxil olub - deputat