• $
  • £

Gürcüstanın daha bir səfiri istefa verib

Gürcüstanın daha bir səfiri istefa verib
30.11.2024 17:58
Gürcüstanın Niderland Krallığındakı səfiri Davit Solomonia hakim "Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verib.

APA xəbər verir ki, diplomatın açıqlamasını onun bacısı sosial şəbəkədə paylaşıb.

"Gürcüstanın diplomatik xidmətində olduğum üç onilliyin çox hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar öhdəliklərinizin həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük bir nemətdir. Mən öz rəsmi vəzifələrimi açıq şəkildə yerinə yetirmişəm. İnanırdım ki, heç olmasa proseslərə təsir edə bilərəm. Bu gün bu ümid bitdi. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm” - deyə səfirin bəyanatında deyilir.

Daha əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz olaraq istefa verib. Gürcüstanın Koreyadakı səfiri də qərarı qınayan bəyanat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Dünya 12:32
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Türkiyənin neft tankeri dronla vurulub
Dünya 09:50
Türkiyənin neft tankeri dronla vurulub
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır
Dünya 08:58
Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır

KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır
Dünya 21:30
KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır
Mirzoyan: İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır
Dünya 19:45
Mirzoyan: İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır

Aİ Ukraynaya qarşı təcavüz üzrə xüsusi tribunalın təsisçisi olacaq
Dünya 18:00
Aİ Ukraynaya qarşı təcavüz üzrə xüsusi tribunalın təsisçisi olacaq
Danimarkanın Baş naziri istefa verdi
Dünya 17:30
Danimarkanın Baş naziri istefa verdi

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb
Dünya 17:18
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb

Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirəcək
Dünya 16:44
Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol