• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Əli Kərimlinin məhkəmə prosesi zamanı beş nəfər partiya üzvünün saxlanıldığı iddia olunur

Əli Kərimlinin məhkəmə prosesi zamanı beş nəfər partiya üzvünün saxlanıldığı iddia olunur
02.12.2024 11:53
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə prosesi zamanı beş nəfər partiya üzvünün saxlanıldığı iddia olunur. Bu barədə AXCP-nin sədr müavini Seymur Həzi sosial şəbəkə hesabında yazıb.
 
O bildirib ki, polis məhkəməyə gələnləri ərazidən uzaqlaşdırır.
 
"3-cü mikrarayon dairəsində belə toplaşmağa imkan verilmir. Saxlanılanlar var. Zorakılığın miqyası Əli Kərimlinin həbs ediləcəyi ehtimallarını artırır. Saxlananların ilkin siyahısında Gülnarə Rahimova (AXCP üzvü),  Ruslan Əmirov (AXCP üzvü), Elçin Hacıvəlli (AXCP Goranboy rayon şöbəsininn sədri), Vidadi Mirkamal (Milli Şuranın üzvü), Rövşən Səfərov (AXCP üzvü)",- yazıda qeyd olunub.
 
Daxili İşlər Nazirliyi məsələni araşdırdığı deyilir.
 
Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Süni intellekt texnologiyaları 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çata bilər
Cəmiyyət 22:26
Süni intellekt texnologiyaları 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çata bilər
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb
Cəmiyyət 19:13
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb
32 su istehsalı müəssisəsində yoxlama keçirilib, nöqsanlar aşkarlanıb
Cəmiyyət 18:25
32 su istehsalı müəssisəsində yoxlama keçirilib, nöqsanlar aşkarlanıb

AZAL “Accelya” ilə əməkdaşlığa başlayır
Cəmiyyət 17:39
AZAL “Accelya” ilə əməkdaşlığa başlayır

MEDİA: Prezidentin adından reallığı əks etdirməyən açıqlama yayılıb
Cəmiyyət 17:13
MEDİA: Prezidentin adından reallığı əks etdirməyən açıqlama yayılıb

İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edilib
Cəmiyyət 16:45
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edilib
Deputat: 3–5 min manatlıq subsidiya kəndliyə real fayda vermir
Cəmiyyət 16:40
Deputat: 3–5 min manatlıq subsidiya kəndliyə real fayda vermir
Milli Məclsidə elektron siqaretlərlə bağlı ictimai dinləmə keçiriləcək
Cəmiyyət 16:01
Milli Məclsidə elektron siqaretlərlə bağlı ictimai dinləmə keçiriləcək
Dövlət aeroportlar üçün torpaq ala biləcək – qanuna dəyişiklik
Cəmiyyət 16:00
Dövlət aeroportlar üçün torpaq ala biləcək – qanuna dəyişiklik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol