• $ 1.7
  • € 1.9977
  • ₽ 0.021379
  • ₺ 0.0398
  • £ 2.2726

Əmək hüquqlarını pozan şirkət və direktoru cərimələnib

Əmək hüquqlarını pozan şirkət və direktoru cərimələnib
11.12.2024 16:32
Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, "Babalaroğlu Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılıb.

"Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, Cəmiyyətin direktoru Qəşəm Süleymanov barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayır
Cəmiyyət 11:46
Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayır
Özünəməşğulluq proqramına 2025-ci ildə 16,5 min nəfər cəlb olunub - Nazir
Cəmiyyət 11:25
Özünəməşğulluq proqramına 2025-ci ildə 16,5 min nəfər cəlb olunub - Nazir
Azərbaycan Almaniyadan 34 vətəndaşını geri qəbul edib – Miqrasiya Xidməti
Cəmiyyət 10:47
Azərbaycan Almaniyadan 34 vətəndaşını geri qəbul edib – Miqrasiya Xidməti
Türkiyədə Vəhyin Yeddi Kilsəsi marşrutu üzrə mənəvi Milad təcrübəsi - Fotolar
Cəmiyyət 10:35
Türkiyədə Vəhyin Yeddi Kilsəsi marşrutu üzrə mənəvi Milad təcrübəsi - Fotolar
Bakıdakı qəzada yük avtomobilinin sürücüsü xilas edilib – FHN
Cəmiyyət 10:29
Bakıdakı qəzada yük avtomobilinin sürücüsü xilas edilib – FHN
Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb
Cəmiyyət 10:13
Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb
Astaranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 09:22
Astaranın bəzi kəndlərində işıq olmayacaq
Ağdamda mina partlayışı: traktor sürücüsü xəsarət alıb
Cəmiyyət 09:20
Ağdamda mina partlayışı: traktor sürücüsü xəsarət alıb
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı
Cəmiyyət 22:57
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol