• $
  • £

AŞPA bu gün yeni sədr seçəcək

AŞPA bu gün yeni sədr seçəcək
29.05.2020 04:23

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün Strasburqda keçiriləcək plenar iclasında əsas müzakirə məsələsi qurumun yeni sədrinin seçilməsi olacaq.

APA-nın xəbərinə görə, Assambleya üzvləri Lüksemburqun AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım An Brassör və Birləşmiş Krallığın nümayəndə heyətinin rəhbəri Robert Valter arasında seçim etməli olacaqlar. Qeyd edək ki, qurumun builki qış sessiyasında 2012-ci ildən Assambleyaya sədrlik edən fransalı deputat Jan-Klod Minyonun mandatı bitir və Assambleya növbəti iki il müddətinə yeni sədrini seçməlidir. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən, bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunundur. Xatırladaq ki, rotasiya prinsipinə dair razılaşmadan sonra bu vaxta qədər öz qrupları tərəfindən irəli sürülmüş liderlər rəqibləri olmadan, avtomatik olaraq Assambleyanın sədri vəzifəsinə seçilmiş olurdular. Ona görə də Avropa Demokrat Qrupunun sədri Robert Valter qrupdakı sədrliyindən istefa verərək, bu seçkilərə müstəqil namizəd kimi getmək məcburiyyətində olub. Onun namizədliyi AŞPA-nın sədri seçkilərinə dair prosedur qaydalarının 14-cü maddəsinə uyğun olaraq, qurumda təmsil olunan müxtəlif siyasi qrupların üzvləri tərəfindən irəli sürülüb. Qurumun proseduruna uyğun olaraq, AŞPA sədri seçkilərində Assambleyada təmsil olunan milli nümayəndə heyətlərinin ancaq əsas üzvləri iştirak edə bilərlər. Sədrliyə namizəd seçkilərdə səsvermə hüququ olan 317 Assambleya üzvündən minimum 159-nun səsini qazanmalıdır. İlk iki turda səslərin parçalandığı və bu nəticəyə nail olunmadığı təqdirdə, üçüncü turda ən çox səs toplayan namizəd AŞPA sədri vəzifəsinə seçilmiş olur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milanoviçi təbrik edib
Siyasət 11:13
İlham Əliyev Milanoviçi təbrik edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Prezidenti onlar da təbrik etdilər
Siyasət 16:57
Prezidenti onlar da təbrik etdilər
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Siyasət 22:02
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:26
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Siyasət 20:21
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Siyasət 14:15
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Siyasət 13:27
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Siyasət 11:56
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol