• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Qubada evdə partlayış olub,xəsarət alan var

Qubada evdə partlayış olub,xəsarət alan var
15.12.2024 13:20
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Cəmiyyət 14:58
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Cəmiyyət 13:39
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Cəmiyyət 13:27
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:48
Sabah yağış gözlənilir - Hava proqnozu
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
Cəmiyyət 12:31
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Cəmiyyət 12:08
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Cəmiyyət 11:40
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Cəmiyyət 11:34
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 11:10
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol