• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Azərbaycanda da ödənişli yollar olacaq

Azərbaycanda da ödənişli yollar olacaq
27.01.2014 09:01
"Ödənişli yollar dünyanın hər yerində var.Yaxın gələcəkdə Azərbaycanda da bunun reallaşması mümkün olacaq." Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov APA TV-yə bildirib ki, Azərbaycanda İpək yoluna paralel yeni avtomobil yolu çəkiləcək və bu yol ödənişli olacaq. Mətbuat katibinin bildirdiyinə görə, bu məsələ Nəqliyyat Nazirliyinin ödənişli yollara dair həyata keçirməyi nəzərdə tutduğu layihələr arasında var. Onun sözlərinə görə, ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldıracaq. Belə ki, həmin yollarda maksimal sürət həddi olacaq və mənzil başına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə bu yolla daha rahat hərəkət edə biləcəklər: “Həmin yolun nə zaman yekunlaşmasını dəqiq demək hələ mümkün deyil. Çünki bu işlər mərhələli şəkildə aparılır. Hazırda 2014-2015 ci illər ərzində orda işlərin aparılması nəzərdə tutulur”. N. Həsənov onu da bildirib ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:17
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol