Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

Sumqayıtda yaşayış binasında baş verən yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hadisə nəticəsində zirzəmidə yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində binanın iki sakini təhlükəsiz əraziyə təxliyə olunub.
20:37
Sumqayıtda yaşayış binasında yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.
Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az