• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Tovuzda məktəbdə 62 nəfər zəhərlənib - Yenilənib

Tovuzda məktəbdə 62 nəfər zəhərlənib - Yenilənib
19.12.2024 15:26
Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə Apa məlumat yayıb.

 Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
***
Qazax-Tovuz Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq, təhlükəsiz yerə təxliyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir.

Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”, - məlumatda vurğulanıb.
***
TƏBİB-dən  olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.
 
 
***
 
Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. 


Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 


Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
Cəmiyyət 12:31
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Cəmiyyət 12:08
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Cəmiyyət 11:40
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Cəmiyyət 11:34
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 11:10
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək
Cəmiyyət 11:05
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək
Azərbaycan Duz İstehsalat Birliyi beynəlxalq sertifikatlara sahibdir
Cəmiyyət 10:42
Azərbaycan Duz İstehsalat Birliyi beynəlxalq sertifikatlara sahibdir
Prezident ümid edir ki, ABŞ-la münasibətlər yenidən bərpa olacaq
Cəmiyyət 10:36
Prezident ümid edir ki, ABŞ-la münasibətlər yenidən bərpa olacaq
Goranboyda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 23:22
Goranboyda iki avtomobil toqquşub, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol