AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət edib
![AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət edib AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət edib](https://anews.az/photo/850x500/2024-12/1734611185_676410247f338676410247f3391734610980676410247f336676410247f337.jpeg)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.
Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə rahatlığı təmin etmək və ən uyğun uçuş vaxtını seçmək üçün aviabiletləri öncədən almaq məsləhət görülür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)