• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişib

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişib
19.12.2024 17:41
Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.


Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.


Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşada Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib
Cəmiyyət 21:49
Polşada Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib
Bakıda gənc ailə ölmüş vəziyyətdə tapıldı - TƏFƏRRÜAT
Cəmiyyət 20:24
Bakıda gənc ailə ölmüş vəziyyətdə tapıldı - TƏFƏRRÜAT
Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilib
Cəmiyyət 19:44
Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilib
Zəngilanda yenidənqurma işlərinə 11 milyon manatdan çox xərclənəcək
Cəmiyyət 18:30
Zəngilanda yenidənqurma işlərinə 11 milyon manatdan çox xərclənəcək
ADY-də yeni təyinat
Cəmiyyət 18:20
ADY-də yeni təyinat
Beynəlxalq axtarışda olan şəxs Bolqarıstandan Azərbaycana gətirilib
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Bolqarıstandan Azərbaycana gətirilib
Ukraynaya dəstək növbəti 10 il ərzində Avropaya 3,1 trilyon dollara başa gələcək
Cəmiyyət 17:57
Ukraynaya dəstək növbəti 10 il ərzində Avropaya 3,1 trilyon dollara başa gələcək
Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq
Cəmiyyət 17:17
Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 17:09
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol