• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb
19.12.2024 19:38
Yaxın Şərqdəki gərgin vəziyyət dərin narahatlıq doğurur.Bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində "Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışı zamanı deyib.

"Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb.Bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir.İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərib. 

Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.
Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir. Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim.

Vəziyyətin gərginləşməsinin təsirləri yalnız Qəzza və Fələstinlə məhdudlaşmır, qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Gərginliyin bölgəyə yayılma riski böyük narahatlıq doğurur.

Azərbaycan bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırır. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət təmin olunmalıdır. BMT Nizamnaməsinə zidd olaraq hansısa formada gücdən istifadə qəbuledilməzdir. Bu fundamental prinsiplərin pozulması dərhal və şərtsiz şəkildə dayandırılmalıdır. Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq.

Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir. Böhrandan əziyyət çəkən mülki şəxslərin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə humanitar yardımın göstərilməsi təmin edilməlidir. Müvafiq BMT qətnamələrinə ciddi şəkildə riayət edilməlidir. Fələstin xalqının öz dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaq haqqının təmin edilməsinin alternativi yoxdur. Odur ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir.

Azərbaycan bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacaqdır”,- baş nazir çıxışında qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib
Siyasət 22:19
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib
Prezident Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı ilə görüşüb
Siyasət 22:11
Prezident Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı ilə görüşüb
Paşinyan parlamentdə Azərbaycanla sülhdən danışdı
Siyasət 18:37
Paşinyan parlamentdə Azərbaycanla sülhdən danışdı
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 16:13
Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Siyasət 13:13
Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
Siyasət 13:02
Səməd Seyidov: Beynəlxalq qanun işləmədiyi üçün güc amili aktuallaşıb
İlham Əliyev Trampa məktub göndərib
Siyasət 12:49
İlham Əliyev Trampa məktub göndərib

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol