• $
  • €
  • ₽
  • ₺
  • £

İsveç hərbçiləri Qrenlandiyanı tərk edir

İsveç hərbçiləri Qrenlandiyanı tərk edir
21.01.2026 18:08

İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılan kəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır. Bu barədə krallığın Silahlı Qüvvələrinin mətbuat relizində məlumat verilir.

Məlumata görə, ərazidə aparılan işlər Qrenlandiya və Arktikada gələcək təlimlərin keçirilməsi üçün şəraitin və imkanların öyrənilməsi məqsədi daşıyırdı. Bu region NATO üçün getdikcə artan strateji əhəmiyyət kəsb edir. İsveç Silahlı Qüvvələrinin iştirakı planlaşdırma üzrə bir sıra zabitlərin cəlb olunmasından ibarət idi. Onlara Qrenlandiya və Arktikada gələcək təlimlərdə iştirak üçün şəraitin qiymətləndirilməsi tapşırılmışdı.

İsveç Silahlı Qüvvələrinin Operativ Komandanlığının rəisi, vitse-admiral Eva Skuq Haslumun sözlərinə görə, növbəti mərhələ toplanmış məlumatların qiymətləndirilməsi və gələcək təlimlərin planlaşdırılmasına başlanmasıdır.

İsveç il ərzində Danimarkanın təşkil etdiyi “Arktik dözümlülük” adlı təlimlər silsiləsində iştirak etməyi planlaşdırır. Təlimlərin məqsədi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və NATO-nun şimal cinahının (potensial hücumlar zamanı) müdafiəsinə hazırlıq səviyyəsinin qaldırılmasıdır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol