Azərbaycan Suriyaya humanitar yardım göndərib - VİDEO
Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq humanitar dəstək göndərilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:
"Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".
Yardım artıq yola salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət
21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Son xəbərlər
Daha çox