• $
  • £

Salyanda arvad ərini öldürüb hissələrə bölərək kollektora atıb

Salyanda arvad ərini öldürüb hissələrə bölərək kollektora atıb
07.01.2025 10:31
Salyanda ərini öldürüb meyitini hissələrə bölərək kollektora atmaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.


Bildirilib ki, Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada meşə yanğınları: daha 55 min nəfər təxliyə edilib
Cəmiyyət 10:35
Fransada meşə yanğınları: daha 55 min nəfər təxliyə edilib
Bakıda havada tozun miqdarı normanı 1,7 dəfəyədək üstələyib
Cəmiyyət 10:28
Bakıda havada tozun miqdarı normanı 1,7 dəfəyədək üstələyib
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib
Cəmiyyət 10:13
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib
Naxçıvanda 25 yaşlı gəncin ölüm xəbərinə dözməyən anası da vəfat edib
Cəmiyyət 09:56
Naxçıvanda 25 yaşlı gəncin ölüm xəbərinə dözməyən anası da vəfat edib
33 yaşlı kişi Qarabağ kanalında batıb
Cəmiyyət 09:51
33 yaşlı kişi Qarabağ kanalında batıb

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
Cəmiyyət 09:31
Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb
Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
Cəmiyyət 09:08
Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
Qaxda 13,5 min tondan çox taxıl istehsal olunub
Cəmiyyət 23:30
Qaxda 13,5 min tondan çox taxıl istehsal olunub
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Cəmiyyət 23:00
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol