• $
  • £

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib
16.01.2025 18:11
2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan  Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistanın İranla sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə edib,növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Siyasət 14:54
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir
Siyasət 13:56
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Siyasət 12:42
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 11:40
Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol