• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Tüstüsüz məhsullar dünyada daha çox yayılır

Tüstüsüz məhsullar dünyada daha çox yayılır
04.02.2025 10:01
ABŞ-nin Qida və Dərman Preparatları İdarəsi (FDA) hərtərəfli elmi araşdırmalardan sonra 20 adda ZYN nikotin kisəciyinin satışına və marketinqinə icazə verib. Beləliklə, ZYN ABŞ-də satışına icazə verilən ilk və yeganə nikotin kisəciyidir.


FDA-nın bütün ZYN nikotin kisəciklərinin İsveçin "Match” şirkəti tərəfindən ABŞ-də satışına icazə verməsi böyüklər üçün siqaretlərə və digər ənənəvi tütün məhsullarına daha yaxşı alternativlər təmin edir və əhalinin sağlamlığını qorumaq istiqamətində mühüm bir addımdır.


Philip Morris International (PMI) şirkəti 2022-ci ildə İsveçin "Match” şirkətini alaraq ağız yolu ilə qəbul edilən tüstüsüz məhsullar kateqoriyasını daha da genişləndirdi.


FDA verdiyi açıqlamada qeyd edir ki, "böyüklərin siqaretlərdən və digər tüstüsüz tütün məhsullarından tamamilə yeni nikotin kisəciklərinə keçməsi ilə əlaqədar aparılmış sorğuda olan dəlilləri” nəzərdən keçirib. "Gənclərin istifadəsi ilə bağlı məlumatlar da nəzərdən keçirildi və müəyyən olundu ki, son illər satışın artmasına baxmayaraq, nikotin kisəciklərinin gənclər tərəfindən istifadə faizi aşağıdır. Məsələn, 2024-cü ildə gənclər arasında tütün məhsullarından istifadə ilə əlaqədar aparılmış sorğuya görə ABŞ-də orta və yuxarı sinif şagirdlərinin cəmi 1.8%-i nikotin kisəciklərindən istifadə edir”, FDA bildirdi.


2019-cu ildə PMI şirkətinin tütün məhsullarının hərtərəfli qiymətləndirilməsini həyata keçirən FDA PMI-nin aparıcı tüstüsüz tütün məhsulu olan IQOS-un əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd etdi və onun ABŞ-də satışına icazə verdi. FDA məhsulun aerozolunun kimyəvi tərkibi, toksikologiyası və təsadüfi istifadəsi də daxil olmaqla öz qiymətləndirməsini və gəldiyi nəticələri təsvir edən geniş hesabat dərc etdi.


Tütün zərərinin azaldılması anlayışı inkişaf etmiş ölkələrdə geniş qəbul edilir və orada siqareti tərgitməyən insanlar daha az zərərli alternativlərə - yanmayan, lakin qızdırılan tütün məhsullarına, veyplərə və nikotin kisəciklərinə keçir. Tüstüsüz tütün məhsulları adlanan bu kateqoriya artıq dövlətlər və ictimaiyyət tərəfindən böyüklər arasında siqaret çəkmə ilə əlaqədar zərərin azaldılmasının effektiv üsulu kimi nəzərdən keçirilir. Bu kateqoriyada yanmayan qızdırılan tütün məhsulları dünyada daha çox yayılıb. Səbəb aydındır – bu məhsullar adi siqaretlərdən fərqli olaraq tütünü yandırmır, onu qızdırır və nəticədə tüstü deyil aerozol əmələ gəlir. Aparılmış müxtəlif tədqiqatlara əsasən belə aerozolda zərərli maddələrin səviyyəsi siqaret tüstüsündən 90-95% azdır.


Hazırda PMI öz tüstüsüz tütün məhsullarını 92 bazarda satır və dünyada satılan belə məhsulların 75%-i məhz bu şirkətə məxsusdur. Bu məhsullardan biri – IQOS 2024-cü ilin iyun ayından Azərbaycanda satışdadır.


FDA ABŞ-nin Sağlamlıq və İnsan Xidmətləri Departamentinin əhalinin sağlamlığının qorunması üzrə federal agentliyidir.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat təklif edir ki, minalarla bağlı ictimai dinləmə keçirilsin
Cəmiyyət 11:42
Deputat təklif edir ki, minalarla bağlı ictimai dinləmə keçirilsin

Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib
Cəmiyyət 11:27
Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib
Milli Məclisdə səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
Cəmiyyət 11:10
Milli Məclisdə səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib
Cəmiyyət 11:05
Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq
Cəmiyyət 10:58
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
Cəmiyyət 10:39
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı
Cəmiyyət 10:21
Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı

Ödənişlərini Yelo kartla zövqlü et!
Cəmiyyət 10:12
Ödənişlərini Yelo kartla zövqlü et!
Bakıda dünəndən yağan qarın təmizlənməsi həyata keçirilir
Cəmiyyət 09:57
Bakıda dünəndən yağan qarın təmizlənməsi həyata keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol