• $
  • £

Məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

Məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar
04.02.2025 16:52
Bu il "SpaceX” daşıyıcı raketi vasitəsilə "PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Bu layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın "IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən "Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.

"PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus "UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN” (Almaniya), "T-LogoQube” (ABŞ) və "QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

"SpaceX”in "birgə buraxılış proqramı” ("rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. "Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, "SpaceX”in yüksək etibarlı buraxılış platforması "PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol