Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.Bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın sədrliyi ilə nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət
21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video