• $ 1.7
  • € 1.8519
  • ₽ 1.9517
  • ₺ 0.0465
  • £ 2.2035

Bakıda "Rus evi" sökülüb

Bakıda "Rus evi" sökülüb
11.02.2025 13:22

Bakıda “Rus Evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülüb. Bu barədə Report məlumat yayıb. 

Bundan əvvəl Rus evi açıqlama yayaraq bildirib ki, "Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarınının qanunsuz mənimsənilməsi ilə bağlı sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət əsas olaraq, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır”. 

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 30 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 30 dərəcə isti olacaq
Bərdədə yaşayış binasında uçqun olub
Cəmiyyət 12:00
Bərdədə yaşayış binasında uçqun olub
Prezident bu hərbçiləri təltif edib - SİYAHI
Cəmiyyət 11:56
Prezident bu hərbçiləri təltif edib - SİYAHI
Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb - Video
Cəmiyyət 11:17
Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb - Video
Bakıda “NİVA” yandı - Video
Cəmiyyət 10:08
Bakıda “NİVA” yandı - Video
Şəmkirdə iki nəfər qidadan zəhərlənib
Cəmiyyət 10:04
Şəmkirdə iki nəfər qidadan zəhərlənib
Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
Cəmiyyət 09:33
Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 09:04
Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Cəmiyyət 22:23
“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol