• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
15.03.2025 09:33

Novruz Bayramı ənənəvi olaraq Azərbaycanın bütün güşələrində olduğu kimi Bakıda da geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.

Ənənvi bayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Bayrami yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəxin və geyimlərin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardır. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Cəmiyyət 19:03
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
Cəmiyyət 18:25
Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Cəmiyyət 17:34
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
Cəmiyyət 17:19
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Cəmiyyət 16:51
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:28
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Cəmiyyət 16:04
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Cəmiyyət 15:50
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Cəmiyyət 15:32
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol