• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib

Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
28.09.2026 18:06

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında yaşıl iqtisadiyyata keçid və dayanıqlı infrastrukturun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, məsələ Dohada keçirilən AİİB-in 11-ci İllik Toplantısı çərçivəsində bankın prezidenti Zou Jiayi ilə görüşdə müzakirə edilib.

“Azərbaycanın həmtəsisçisi olduğu AİİB ilə tərəfdaşlığa önəm veririk. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına, dayanıqlı inkişafa və yaşıl iqtisadiyyata keçidə dəstəyi barədə fikir mübadiləsi apardıq”, - Cabbarov qeyd edib.

Nazir bildirib ki, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
İqtisadiyyat 16:37
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
İqtisadiyyat 16:33
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol