Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 namizəd uğur qazanıb.
Namizədlərin müsabiqənin nəticələri barədə məlumatları onların şəxsi səhifələrinə göndərilib.
























