Deputat yenidən xüsusi ehtiyaclı uşaqların reabilitasiyası məsələsini qaldırıb

Deputat Soltan Məmmədov autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic və digər neyroinkişaf pozuntuları olan uşaqların reabilitasiyası üçün əlavə maliyyə dəstəyinə ehtiyac olduğunu açıqlayıb.
O qeyd edib ki, son illər bu diaqnozlarla yaşayan uşaqların sayında artım qeydə alınır və mövcud dövlət dəstəyinin genişləndirilməsi vacibdir.
“Autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic kimi neyroinkişaf pozuntuları, genetik anomaliyalar və beyin zədələnmələri diaqnozu qoyulan uşaqlara dövlətimiz tərəfindən reabilitasiya dəstəyi göstərilsə də, son illər bu cür uşaqların sayında artımın qeydə alınması bu dəstəyin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyinin göstərilməsinə ehtiyac yaradır”, – deputat bildirib.
O, həssas əhali qruplarına yönəlmiş və davamlı xidmət tələb edən tədbirlərin icrasına nəzarətin, eləcə də nəticələrinin monitorinqinin vacibliyini vurğulayıb.
Deputat ötən ilin büdcə layihəsi zamanı da bu kateqoriyadan olan uşaqlara dəstək olmasını təklif etmişdi.

























