Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Bakının Qaradağ rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.Bu barədə “Oxu.Az” xəbər verir.
Hadisə Lökbatan qəsəbəsində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.
Bildirilib ki, əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili yoldan çıxarıb və maneəyə çırpıb.
Qəza nəticəsində 1977-ci il təvəllüdlü sürücü Şaiq Məmməd oğlu Qədirov ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
























