Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
![Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb](https://anews.az/photo/850x500/2025/02/12/1739348871_1739276465_shahnaz.jpg)
Fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində "Toplum Tv" işi üzrə saxlanılan Şahnaz Bəylər ilə bağlı nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Bu barədə onun vəkili Bəxtiyar Hacıyev Anews.az-a açıqlamsında bildirib.
Bir gün öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Sayida Qocamanlı və Səadət Babanlyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.
Hüquq müdafiəçiləri dinlənilib və onlara bildirilib ki, müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcək.
Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Fevralın 6-da Xətai Rayon Məhkəməsi Toplum TV işi çərçivəsində jurnalist Bəylərqızını (Hüseynova) 3 ay 15 gün müddətinə həbs edib. O, bu işin digər fiqurantları kimi, xarici valyuta qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunur.
Aytac Zeynalova