ADY-də yeni təyinat
![ADY-də yeni təyinat ADY-də yeni təyinat](https://anews.az/photo/850x500/2025/02/13/1739456792_01fc770d-be00-32cb-b61b-c8a556fdb8a1_850.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
"Report" xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub. O, bu vəzifədə Emil Əhmədovu əvəz edib.
Samir Həziyev 2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
QSC-dən bildirilib ki, Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.