Zəngilanda yenidənqurma işlərinə 11 milyon manatdan çox xərclənəcək
![Zəngilanda yenidənqurma işlərinə 11 milyon manatdan çox xərclənəcək Zəngilanda yenidənqurma işlərinə 11 milyon manatdan çox xərclənəcək](https://anews.az/photo/850x500/2025/02/13/1739457064_1737971771_1730882734_1730192898_1730192894_1728126715_kompleks-1.jpg)
Zəngilan, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin satın alınmasına 11.207.687,45 AZN xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi "SSAL-2" MMC-dir.
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Gülnar Nazimqızı