• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Azərbaycanın keçmiş səfiri Londonda həbs olunub

Azərbaycanın keçmiş səfiri Londonda həbs olunub
14.02.2025 15:07

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Bu barədə məlumatı “Northwhitch Guardian” qəzeti yayıb. 

Bildirilib ki, fevralın 7-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. 

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.

Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub. 

Məlumata görə, Norveç və İsveçdə də səfir olmuş İbrahimov ötən il özünü ittihamın beş bəndi üzrə təqsirli bilib. 

Keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək. 

Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrəvanda fəala qarşı zorakılık faktına görə altı nəfər saxlanılıb
Dünya 16:08
İrəvanda fəala qarşı zorakılık faktına görə altı nəfər saxlanılıb
İran və ABŞ rəsmiləri İtaliyada görüşə bilər
Dünya 15:16
İran və ABŞ rəsmiləri İtaliyada görüşə bilər
Dövlət departamenti Rusiya və Ukraynaya xəbərdarlıq edib
Dünya 14:33
Dövlət departamenti Rusiya və Ukraynaya xəbərdarlıq edib
ABŞ bildirib ki, Trampın Krımı tanıması BMT-ni məhv edə bilər
Dünya 12:57
ABŞ bildirib ki, Trampın Krımı tanıması BMT-ni məhv edə bilər
Myanmada zəlzələ qurbanlarının sayı açıqlanıb
Dünya 11:59
Myanmada zəlzələ qurbanlarının sayı açıqlanıb
Türkiyədə zəlzələ olub
Dünya 11:48
Türkiyədə zəlzələ olub
Türkiyədə 169 FETÖ üzvüsaxlanılıb
Dünya 09:52
Türkiyədə 169 FETÖ üzvüsaxlanılıb
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
Dünya 23:52
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Dünya 23:46
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol