• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Azərbaycanda terror xarakterli cinayətlər 82%-dən çox artıb - Rəsmi

Azərbaycanda terror xarakterli cinayətlər 82%-dən çox artıb - Rəsmi
18.02.2025 13:50

2024-cü ildə Azərbaycanda terror xarakterli cinayətlər 82,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib. 

"Kibercinayətlər 2,8 dəfə, hədəqorxu ilə tələb etmə 82,2%, terror xarakterli cinayətlər 82,4%, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 70,0%, dələduzluq 24,0%, quldurluq 8,5%, insan alveri ilə bağlı cinayətlər isə 3,4% artıb", - məlumatda deyilir. 

Eyni zamanda xarici vətəndaşların iştirakı ilə 484 cinayət törədilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. 

Cinayət törədən 22485 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 16725 nəfəri cinayət məsuliyyətinə cəlb edilib. 

Cinayət törədənlərin 58%-i heç bir yerdə oxumayan və işləməyən şəxslər olub. 25,2%-i isə təkrar cinayət törədən şəxslərdir. 

Hesabat ilində yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı isə 5,3% artıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollarda sürət həddi endirildi
Cəmiyyət 20:17
Bu yollarda sürət həddi endirildi
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 19:13
DYP hərəkət iştirakçılarına müraciət edib
Hazırda tıxac olan yollar - Siyahı
Cəmiyyət 18:50
Hazırda tıxac olan yollar - Siyahı
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Cəmiyyət 18:27
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
Cəmiyyət 18:07
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Cəmiyyət 16:03
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Cəmiyyət 15:28
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Bəzi rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 15:00
Bəzi rayonlara qar yağır - Faktiki hava
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 14:30
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol