• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxılıb

Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxılıb
19.02.2025 14:13

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb. Bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan qadının vəziyyəti qənaətbəxş hesab edilib. Bununla belə, pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.

Bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.

Qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollarda sürət həddi endirildi
Cəmiyyət 20:17
Bu yollarda sürət həddi endirildi
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 19:13
DYP hərəkət iştirakçılarına müraciət edib
Hazırda tıxac olan yollar - Siyahı
Cəmiyyət 18:50
Hazırda tıxac olan yollar - Siyahı
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Cəmiyyət 18:27
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
Cəmiyyət 18:07
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Cəmiyyət 16:03
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Cəmiyyət 15:28
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Bəzi rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 15:00
Bəzi rayonlara qar yağır - Faktiki hava
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 14:30
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol