Füzulidə işsizlik səviyyəsi 9%-in altındadır - Emin Hüseynov

Hazırda Füzulidə işsizlik səviyyəsi 9%-in altındadır. Bunu Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Füzuli də proseslər davam edir. Hazırda rayonda insanların çoxu işlə də təmin olunub. İşsizlik səviyyəsi 9%-in altındadır və bu onu göstərir ki, orada həyat qaydıb. İkinci və üçüncü məhələlərin layihələndirilməsi sürətlə icra olunur. Dövlətyarlı kəndində işlər başlayıb. Bu yaxınlarda Pirəhmədli kəndlərinin tikintisinə başlanılacaq və bu il ərzində Qaraxanbəyli kəndinin də icrasına başlanmasını ümid edirik", - Hüseynov bildirib.
Hazırda Füzulidə 3132 nəfər əhali yaşayır.
Prezident İlham Əliyevin sərəncamı ilə hər il oktyabrın 17-si "Füzuli Şəhəri Günü" kimi qeyd olunur.
Füzuli 2020-ci il işğaldan azad edilib.
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
Füzuli 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 