• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Mənim yoldaşımı və körpəmi həkimlər öldürüb -Şikayət /Video

Mənim yoldaşımı və körpəmi həkimlər öldürüb -Şikayət /Video
26.02.2025 11:02

Cəbrayılov Füzuli Polad oğlu bu gün Göygöl Rayon xəstəxanasında doğuş zamanı ölən həyat yoldaşı və körpəsinin ölümündə həmin xəstəxanın həkimlərini günahlandırır. Bu barədə Cəbrayılov Füzuli öz sosial hesabında paylaşım edərək bildirib. 

Paylaşımda Cəbrayılov Göygöy xəstəxasının Afət, Səidə adlı həkimlərin adını çəkərək bildirir ki, arvadının və körpəsinin ölümünə həmin həkimlər səbəb olub. 

Bu gün Qafqazinfo saytında  Göygölün Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü N. Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirməsi ilə bağlı xəbər paylaşılıb. 

Xəbərdə Göygöl Rayon Prokurorluğunda araşdırma başlandığı qeyd olunub. 

Baş verən hadisəyə TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  bir gün öncə 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) saat 10:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.

"Həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb. Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb. Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.  Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib.Ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək", - TƏBİB-in sorğusunda qeyd olunub. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Cəmiyyət 18:27
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
Cəmiyyət 18:07
Dövlət informasiya saytlarına kütləvi hücumlar var - Rəsmi
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Cəmiyyət 16:03
“Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Cəmiyyət 15:28
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Bəzi rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 15:00
Bəzi rayonlara qar yağır - Faktiki hava
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 14:30
“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb
Separatçılarla təkbətək görüş keçirilib
Cəmiyyət 14:17
Separatçılarla təkbətək görüş keçirilib
Əziz Orucov iki il azadlıqdan məhrum edilib
Cəmiyyət 13:36
Əziz Orucov iki il azadlıqdan məhrum edilib
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - Video
Cəmiyyət 12:59
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol