Əziz Orucov iki il azadlıqdan məhrum edilib

Səbail Rayon Məhkəməsi "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun iki il azadlıqdan məhrumedilməsi ilə bağlı hökm verib.
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Aytac
Son xəbərlər
Daha çox 