• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Bu rayonlara avtobus reysləri təxirə salınıb

Bu rayonlara avtobus reysləri təxirə salınıb
01.03.2025 12:55

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra istiqamətlərdə avtobus reyslərini təxirə salıb.Bu barədə AYNA-dan bildirilib.

Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb.

"Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. Buna baxmayaraq bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir", - AYNA bildirir.

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

"Qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səylə çalışırlar. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır.

Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur, - məlumatda qeyd edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə qadın dəm qazından zəhərlənib
Cəmiyyət 20:05
Gəncədə qadın dəm qazından zəhərlənib
Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb
Cəmiyyət 16:40
Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb
Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb
Cəmiyyət 15:42
Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb
Jurnalist Fatimə Mövlamlı həbs edilib
Cəmiyyət 15:02
Jurnalist Fatimə Mövlamlı həbs edilib
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib
Cəmiyyət 14:46
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib
Metropolitendə yeni təyinat
Cəmiyyət 13:45
Metropolitendə yeni təyinat
Yol polisindən hərəkət iştirakçılarına xəbərdarlıq
Cəmiyyət 13:36
Yol polisindən hərəkət iştirakçılarına xəbərdarlıq
Bakıda bu mehmanxananın fəaliyyəti dayandırılıb - VİDEO
Cəmiyyət 13:29
Bakıda bu mehmanxananın fəaliyyəti dayandırılıb - VİDEO
Bu rayonlara avtobus reysləri təxirə salınıb
Cəmiyyət 12:55
Bu rayonlara avtobus reysləri təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol