Yol polisindən hərəkət iştirakçılarına xəbərdarlıq

Hazırda ölkə ərazisində hökm sürən şaxtalı hava şəraitilə əlaqədar BDYPİ sürücülərə xəbərdarlıq edib.
"Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.
Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər". - xəbərdarlıqda qeyd olunub.