• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib

Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib
10.03.2025 16:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün yeni təqaüd proqramları təsis edilib.

Komitədən bildirilib ki, Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə "Seyid Yəhya Bakuvi" təqaüdü təsis edilib. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib olan şəxsə 1 il müddətində veriləcək.

Aİİ tələbələrinin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərmək, onların bu istiqamətdə təkmilləşməsini təşviq etmək məqsədilə təsis edilən "Şeyxülislam Məhəmməd İrəvani" təqaüdü isə tələbələr arasında ərəb dili üzrə test imtahanı nəticəsində seçilən şəxsə təqdim ediləcək.

Bundan başqa, İnstitutu seçən yüksək ballı abituriyentlərin sayının artırılması, orta keçid balının yüksəldilməsi məqsədilə "Həmzə Nigari" adına təqaüd təsis edilib. Bu təqaüdü Azərbaycan İlahiyyat İnstitutuna ən yüksək balla qəbul olan tələbə 1 il müddətində ala biləcək.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, gələcəkdə dini ixtisaslı kadr kimi formalaşmalarına dəstək vermək, erkən nikah, təhsildən yayınma və ailədaxili zorakılıq mövzusunda maarifləndirmə işi istiqamətindəki fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən "Xurşidbanu Natəvan" təqaüdü də təsis edilib. Təqaüdün müsabiqə təşkil edilməklə 3 nəfərdən ibarət komandalar şəklində müxtəlif mövzularda təqdimat hazırlayanlar arasında qalib olan komandaya verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Seyid Yəhya Bakuvi" təqaüd proqramının qalibinin müəyyən edilməsi üçün müsabiqə prosesi artıq başlayıb. Proqramın qalibi "Gözəl Quran oxuma" müsabiqəsi əsasında müəyyən ediləcək. Qalib üçün 1 il müddətində 150 azn məbləğində təqaüd nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tofiq Yaqubluya hökm oxunub
Cəmiyyət 18:20
Tofiq Yaqubluya hökm oxunub
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Cəmiyyət 18:03
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi
Cəmiyyət 17:30
Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi
İtaliya Ukraynaya qoşun göndərilməsinin əleyhinədir
Cəmiyyət 16:51
İtaliya Ukraynaya qoşun göndərilməsinin əleyhinədir
Müəllimlərə "hinduşkabaş" deyildiyi iddia edilən direktorla bağlı işə qayıtdıqdan sonra qərar veriləcək
Cəmiyyət 16:42
Müəllimlərə "hinduşkabaş" deyildiyi iddia edilən direktorla bağlı işə qayıtdıqdan sonra qərar veriləcək
Jurnalistlər “Elektron məhkəmə” ilə bağlı İnam Kərimova müraciət ediblər
Cəmiyyət 16:37
Jurnalistlər “Elektron məhkəmə” ilə bağlı İnam Kərimova müraciət ediblər
Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb - Baş prokurorluq
Cəmiyyət 16:10
Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb - Baş prokurorluq
Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib
Cəmiyyət 16:02
Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur
Cəmiyyət 14:54
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol