Həkimlərin reklam olunması qanunla qadağan olunmalıdır - Deputat

Azərbaycanda həkimlərin reklam olunması qanunvericiliklə qadağan olunması zəruridir. Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli martın 18-də çıxışı zamanı deyib.
"Ən gizli reklamlar pasientlərə yazılan reseptlərdədir. Bununla bağlı mexanizmlərin olması zəruridir. Yalnız bu halda şəffaflıq ola bilər. Radio və televiziyalarda həkimlər həyəcanlı səslərlə müxtəlif xəstəliklərin simptomlarını sadalayır. Bu halda hətta sağlam insana psixoloji təsir edir. Türkiyədə qanunvericiliklə həkimlərin bu formada reklam olunması qadağandır. Hesab edirəm ki, həmin qanunvericiliyin bizdə də tətbiq olunması zəruridir", - deputat bildirib.
Bundan əvvəl deputat Musa Quliyev də həkimlərin reklam edilməsinin yolverilməz olduğunu bildirib.
Gülnar Nazimqızı