Rüfət Səfərovun həbs qətimkan tədbirinin müddəti uzadılıb

Binəqədi Rayon Məhkəməsində Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin müddətinin mayın 3-dək uzadılması ilə bağlı qərar verilib. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a bildirib.
Vəkilin sözlərinə görə, vəsatət təmin olunub və onun barəsində həbs qətimkan tədbirinin müddətinin mayın 3-dək uzadılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.